Mbappe Tçuameniyə istehza etdi: "O, qapıya zərbə vura bilmir" - VİDEO

Mbappe Tçuameniyə istehza etdi: "O, qapıya zərbə vura bilmir"  - VİDEO
"Real Madrid"in "Rasinq"lə (Racing Santander) çempionat oyunu zamanı maraqlı hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, Madrid nəhənginin yarımmüdafiəçisi Orelyen Tçuameninin (Aurélien Tchouaméni, Aurelien Tchouameni) uzaq məsafədən zərbəsi zamanı top təsadüfən tribunada bir azyaşlı azarkeşə dəyib.
Oyundan sonra "Real"ın paltardəyişmə otağının qarşısında onunla görüşən "Real"ın üzvləri üzrxahlıq ediblər. Kilian Mbappe (Kylian Mbappé, Kylian Mbappe) isə etdiyi zarafatla diqqət çəkib. Fransız hücumçu bütün "günah"ı milli komandadan və klubdan olan komanda yoldaşının üzərinə atıb: "Hamısı Tçuameninin günahıdır, o, qapıya necə zərbə endirməyi bilmir".
Hücumçunun zarafatı dərhal sosial mediada yayılıb, azarkeşlərdə təbəssüm yaradıb. O, komanda yoldaşının uğursuz zərbəsini günün ən təsirli epizoduna çevirib.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər