"Çelsi" Fermin üçün yüksək məbləğ ödəməyə hazırdır

"Çelsi" Fermin üçün yüksək məbləğ ödəməyə hazırdır
İngiltərənin "Çelsi" (Chelsea) klubu "Barselona"nın (Barcelona) yarımmüdafiəçisi Fermin Lopesin (Fermín López, Fermin Lopez) transferi üçün böyük məbləğ ödəməyə hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyan "CaughtOffside" yayıb.
Məlumata görə, London təmsilçisi ispaniyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.
PSJ (Paris Saint-Germain) də 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır və onun transferi üçün 80 milyon avroya yaxın təklif hazırlayır. "Çelsi"nin isə daha yüksək məbləğdə təklif irəli sürməyi düşündüyü bildirilir.
Qeyd olunur ki, "Arsenal" və "Mançester Yunayted" (Manchester United) də futbolçunun vəziyyətini izləyir.
Bununla belə, Fermin Lopesin "Barselona"dan ayrılmaq istəmədiyi bildirilir. Kataloniya klubu da əsas futbolçularından birini itirmək istəmir.
Xatırladaq ki, Fermin Lopes 2026-cı ildə "Barselona" ilə müqaviləsini 2031-ci ilin yayına qədər uzadıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər