Misli Premyer Liqasında 10-cu tur bu gün başa çatacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun baş tutacaq.
Bağlanış matçında "Sumqayıt" ilə "Şəfa" üz-üzə gələcək.
Sumqayıtda keçiriləcək və saat 19.00-da start götürəcək qarşılaşmanı Nicat İsmayıllı idarə edəcək.
Qeyd edək ki, dörd günü əhatə edəcək turun əvvəlki oyunlarında "Turan Tovuz" "Sabah"ı (3:2), "Kəpəz" "İmişli"ni (1:0), "Neftçi" "Şamaxı"nı (3:2) məğlub edib, "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qaradağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
10-cu tur
2 noyabr
19:00. “Sumqayıt” – “Şəfa”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Sumqayıt. “SOCAR Polymer Arena”.