Azərbaycanlı FIFA referisi Kamal Umudlu beynəlxalq oyuna təyinat alıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı hakim UEFA Gənclər Liqasının qarşılaşmasını idarə edəcək.
Kamal Umudlu İspaniyada keçiriləcək "Vilyarreal" (Villarreal) və PSJ-nin (Paris Saint-Germain) U-19 komandaları arasındakı görüşdə baş hakim olacaq.
Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Matçın dördüncü hakimi isə ispaniyalı Borxa Qixarro Kolomer (Borja Quijarro Colomer) olacaq.
Qeyd edək ki, "Vilyarreal" - PSJ oyunu sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.