Dünya nəhəngləri onu istəyir

Dünya nəhəngləri onu istəyir

İspaniyanın "Barselona" (Barcelona) və İtaliyanın "Yuventus" (Juventus) klubları eyni oyunçu ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, tərəflər "Tottenhem"in (Tottenham Hotspur) gənc yarımmüdafiəçisi Lukas Berqvallı (Lucas Bergvall) transfer etmək istəyirlər.

İnformasiyanı "TeamTalk" yayıb.

Məlumata görə, futbolçu Avropanın bir neçə böyük klubunun diqqət mərkəzinə düşüb. "Napoli" də isveçli futbolçunun çıxışını yaxından izləyir.
İtaliya klubları Berqvallı transfer etmək üçün icarə variantını nəzərdən keçirirlər. Lakin futbolçunun gələcəyi və "Tottenhem"in mümkün təkliflərə münasibəti hələlik məlum deyil.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər