Misli Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün "Şəfa"nı qəbul edəcək "Sumqayıt"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:
"Uzun müddətə sıradan çıxan Səbuhi Abdullazadə və Ceyms Almeydanın (James Almeida) durumu məlumdur. İki hücumçu - Rüstəm Əhmədzadə ilə Jeam Oliveyra (Jean Oliveira) da zədə səbəbindən bu qarşılaşmanı kənardan izləyəcəklər. Komandada cəzalı oyunçu yoxdur".
Qeyd edək ki, "SOCAR Polymer Arena"da baş tutacaq "Sumqayıt" - "Şəfa" qarşılaşması 19:00-da start götürəcək. Hazırda 8 xalı olan "gənclik şəhəri" təmsilçisi turnir cədvəlinin 9-cu, 3 xala malik Bakı komandası isə 11-ci pilləsində qərarlaşıb.
Nihat