Misli Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün "Sumqayıt"ın qonağı olacaq "Şəfa"nın heyəti ilə bağlı son vəziyyət məlum olub.
Bu barədə Fanat.Az-a "hepardlar"ın sözçüsü Heybət Məmmədov məlumat verib:
"Cəzalı və ya zədəli futbolçu yoxdur. Komanda qarşıdakı matça tam heyətlə hazırlaşıb".
Qeyd edək ki, "SOCAR Polymer Arena"da baş tutacaq "Sumqayıt" - "Şəfa" qarşılaşması 19:00-da start götürəcək. Hazırda 8 xalı olan "gənclik şəhəri" təmsilçisi turnir cədvəlinin 9-cu, 3 xala malik Bakı komandası isə 11-ci pilləsində qərarlaşıb.
Nihat