"Sabah"ın Norveçə səfər planı bilindi

"Sabah"ın Norveçə səfər planı bilindi
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Vikinq"in (Viking) qonağı olacaq "Sabah"ın Norveçə səfər planı müəyyənləşib.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Komanda oyunun keçiriləcəyi Norveçə bu gün 15:00-da çarter reysi ilə yola düşəcək. Sabah yerli vaxtla saat 18:3-da matç öncəsi mətbuat konfransı, saat 19:00-da isə açıq məşq olacaq".
Qeyd edək ki, noyabrın 4-də baş tutacaq "Vikinq" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 00:00-da (yerli vaxtla 21:00-da) start götürəcək. Görüş Stavangerdəki "Lyse Arena"da reallaşacaq.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər