Mbappenin üzrü vəziyyəti dəyişmədi

Mbappenin üzrü vəziyyəti dəyişmədi

Çinin dövlət televiziyası CCTV "Real Madrid"in La Liqa (LaLiga, La Liga) çərçivəsində "Rasinq Santander"lə (Racing Santander) keçirdiyi qarşılaşmanı yayımlamaqdan imtina edib.

Fanat.Az xəbər verir ki, buna səbəb Kilian Mbappenin (Kylian Mbappé, Kylian Mbappe) Çində böyük narazılığa səbəb olan açıqlamalarıdır.

Məlumata görə, noyabrın 1-də keçirilən görüş CCTV-nin iki idman kanalının heç birində nümayiş etdirilməyib. Beləliklə, İspaniya çempionatının 11-ci turunun digər qarşılaşmaları da dövlət televiziyasında canlı yayımlanmayıb.
Hadisələr Mbappenin müsahibə zamanı internet memləri barədə danışarkən üzünün Çinin keçmiş lideri Mao Zedunun (Mao Zedong) fotosuna yerləşdirildiyi görüntünü xatırlatmasından sonra başlayıb. Futbolçu həmin şəxsi "Çin diktatoru" adlandırıb. Bu açıqlama Çində ciddi etirazlara səbəb olub.
Yaranmış vəziyyətdən sonra bir sıra Çin şirkətləri fransalı futbolçu ilə reklam əməkdaşlığını dayandırıb. Daha sonra Mbappe, "Real Madrid" və La Liqa rəhbərliyi baş verənlərə görə üzrxahlıq edib.
Bununla belə, CCTV-nin yayım siyasətində hələlik dəyişiklik müşahidə olunmur. Çin Xarici İşlər Nazirliyi isə futbolçunun üzrxahlığına ciddi yanaşıldığını bildirib.
Qeyd edək ki, Çində bəzi La Liqa matçlarını Migu adlı onlayn yayım platforması göstərsə də, "Rasinq Santander" - "Real Madrid" qarşılaşması həmin platformanın proqramında da yer almayıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər