"Sabah"ın "Vikinq"lə matçına hakim təyinatları açıqandı

"Sabah"ın "Vikinq"lə matçına hakim təyinatları açıqandı
UEFA Çempionlar Liqasının Liqa mərhələsində baş tutacaq “Vikinq” (Norveç) - “Sabah” qarşılaşmasını idarə edəcək hakimlər briqadasının adları bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Norveçdə keçiriləcək görüşə Niderlanddan olan hakimlər kollektivi təyinat alıb.
Matçın baş hakimi FİFA referisi Sander van der Eyk (Sander van der Eijk) olacaq. Ona yan xətt hakimləri Rens Bluemink və Stefan de Qrot (Stefan de Groot) kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Coui Koy (Joey Kooij) olacaq.
Xatırladaq ki, noyabrın 4-dən 5-nə keçən gecə keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər