"Sportinq"in (Sporting, Sporting CP) baş məşqçisi Ruy Borjeş (Rui Borges) istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, ayrılıq qərarını Lissabon klubunun rəsmi saytı yayıb.
"Sportinq" rəhbərliyi Borjeşlə görüş keçirib və onunla müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
Artıq Portuqaliya nəhəngini çalışdıracaq məşqçinin kimliyinə də aydınlıq gəlib. Tanınmış insayder Fabritsio Romano (Fabrizio Romano) "Sportinq"in Paulo Fonseka (Paulo Fonseca) və onun hazırda çalışdırdığı Fransanın "Olimpik Lion" (Olympique Lyonnais, Lyon) klubu ilə razılığa gəldiyini bildirib. Fonsekanın "Sportinq"in baş məşqçisi kimi debütünü noyabrın 7-si, şənbə günü Portuqaliya çempionatının 11-ci turunun "Moreyrense"yə (Moreirense) qarşı ev matçında edəcəyi gözlənilir. "A Bola"nın məlumatına görə, "Sportinq"i ÇL oyununa bundan əvvəl "B" komandasında çalışmış Tyaqu Fernandeş (Tiago Fernandes) çıxaracaq.
"Sportinq" Portuqaliya liqasında 10 turdan sonra lider "Porto"dan 10 xal geridə qalaraq üçüncü yerdədir. Çempionlar Liqasının üç turundan sonra isə Lissabon klubunun 6 xalı var və turnir cədvəlində 12-ci yerdədir.
Mirağa