ÇL oyununa hazırlaşan "Sabah"ın itkiləri varmı? - AÇIQLAMA

ÇL oyununa hazırlaşan "Sabah"ın itkiləri varmı?  - AÇIQLAMA
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Norveç "Vikinq"inin (Viking) qonağı olacaq "Sabah"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Elnur Həmidov məlumat verib:
"Norveçə optimal heyətlə yollanırıq. Ötən oyunu buraxan Stiv Solvet (Steve Solvet) də komandanın düşərgəsindədir. Onun Norveçdə meydana çıxıb-çıxmayacağı məşqçilərin qərarından asılı olacaq".
Qeyd edək ki, noyabrın 4-də baş tutacaq "Vikinq" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 00:00-da (yerli vaxtla 21:00-da) start götürəcək. Görüş Stavangerdəki "Lyse Arena"da reallaşacaq.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər