Samir Əliyev "Vikinq" - "Sabah" matçından nə gözləyir?

Samir Əliyev "Vikinq" - "Sabah" matçından nə gözləyir?
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Azərbaycan təmsilçisi "Sabah" Norveçdə "Vikinq"in (Viking) qonağı olacaq. Noyabrın 4-də, Bakı vaxtı ilə 00:00-da (yerli vaxtla 21:00-da) baş tutacaq görüş Stavangerdəki "Lyse Arena"da reallaşacaq. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb bu oyundan nə gözlədiyini soruşduq.
Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Məlum məsələdir ki, Çempionlar Liqasında zəif rəqib yoxdur. Baxmayaraq ki, "Vikinq" ad baxımından o qədər də güclü rəqib sayılmır... Məncə, Norveç komandası da "Sabah"a 3 gözü ilə baxır. Bakı təmsilçisini çox çətin sınaq gözləyir. Bəlkə də bu görüş evdə "Slaviya"ya (Slavia Praha, Slavia Prague) qaşı keçirdiyi qarşılaşmadan da çətin alınacaq. Əlbəttə, hamımız istəyirik ki, "Sabah" evə uğurlu nəticə ilə dönsün, qazandığı 3 xalın üzərinə xal və ya xallar əlavə olunsun.
"Vikinq" son çempionat oyununda daha tanınmış Norveç komandası "Budyo Qlimt"ə (Bodø/Glimt, Bodo/Glimt) 2:3 hesabı ilə uduzsa da, bu, nəyisə dəyişmir. Bizi ümidləndirən əsas məqam budur ki, "Sabah" futbol oynamağı bacarır. Çempionlar Liqasında uduzduğu matçlarda belə, layiqli mübarizə aparıb. Ona görə də ən yaxşısına ümid edək".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər