"Mingəçevir" məşq etmir - Komanda "Şahdağ Qusar"la oyuna çıxmaya bilər

"Mingəçevir" məşq etmir -  Komanda "Şahdağ Qusar"la oyuna çıxmaya bilər
1-ci Liqa təmsilçisi "Mingəçevir"də vəziyyət bir qədər də çətinləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, maddi problemlər səbəbindən "Qəbələ" ilə kubok matçına (0:3) çıxması da sual altına düşən, lakin sonradan yeni vədlər fonunda Qəbələyə yollanan kollektiv məşq etmir.
Maaş üzünə həsrət qalan futbolçuların psixoloji planda çökməsi faktdır. Hazırda komandanın 1-ci Liqanın 7-ci turu çərçivəsində noyabrın 4-də keçiriləcək görüşə - "Şahdağ Qusar"la oyuna çıxmamaq ehtimalı da var.
Qeyd edək ki, "Migəçevir" mövsümə Elman Sultanovun rəhbərliyi altında başlayıb. Hesabında 4 xal olan "işqıçılar" hazırda turnir cədvəlinin 8-ci pilləsində mövqe tutublar.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər