2-ci Liqa: Qonaqlar qələbəyə həsrət qaldılar

2-ci Liqa: Qonaqlar qələbəyə həsrət qaldılar
Azərbaycan 2-ci Liqasında 9-cu tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki oyun baş tutub.
"Difai" Bakıda "Hypers"lə üz-üzə gəlib. Bölgə təmsilçilərinin duelindən nominal meydan sahibləri qalib ayrılıblar. Günün digər qarşılaşmasında isə "Ağdaş" doğma azarkeşləri önündə “Kür-Araz”la heç-heçəyə razılaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Ağstafa Gəncləri" "Şəki"yə "divan tutub" - 11:1.
Turun qalan oyunları (“Zəngəzur” – “Şəmkir”, “Marafon” – “Qaradağ Lökbatan”, “Dinamo” (Dynamo) – “Şirvan”) sabah keçiriləcək.
2-ci Liqa
9-cu tur
2 noyabr
“Difai” – “Hypers” 3:1
Qollar: A.Xəlilzadə, 23; 57. M.Məmmədov, 55 - V.Əşrəfli, 3.
“Ağdaş” – “Kür-Araz” 1:1
Qollar: E.Süleymanov, 63 - B.Əliyev, 9.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər