"Sabah"ı "Lyse Arena"da neçə azarkeş dəstəkləyəcək?

"Sabah"ı "Lyse Arena"da neçə azarkeş dəstəkləyəcək?
Sabah Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur start götürəcək. Azərbaycan təmsilçisi “Sabah” isə noyabrın 4-də növbəti oyununa çıxacaq. "Bayquşlar" Norveçdə "Vikinq"in (Viking) qonağı olacaq. Bakılıları səfərdə təxminən 200-ə yaxın azarkeşin stadiondan dəstəkləyəcəyi gözlənilir.
Bunu Fanat.Az-a klubun mətbuat sözçüsü Elnur Həmidov bildirib:
"Daxil olan müraciətlərə əsasən 200-ə yaxın tərəfdarımızın olacağı gözlənmilir. Yəni gözləntilər bu rəqəm ətrafındadır, lakin oyun gününə qədər sayda dəyişiklik ola bilər".
Noyabrın 4-də, Bakı vaxtı ilə 00:00-da (yerli vaxtla 21:00-da) baş tutacaq görüş Stavangerdəki "Lyse Arena"da reallaşacaq. Sözügedən arena təxminən 16 min tamaşaçı tutumuna malikdir.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər