Norveçin “Vikinq” (Viking) klubu ilə qarşılaşacaq “Sabah”ı Stavanger şəhərində sərin hava şəraiti gözləyir.
Fanat.Az xəbər verir ki, matç günü temperaturun 6-8 dərəcə olacağı, havanın əsasən buludlu keçəcəyi proqnozlaşdırılır.
Qarşılaşmanın keçiriləcəyi “Lyse Arena”nın süni ot örtüyü də Azərbaycan təmsilçisi üçün əlavə uyğunlaşma amili olacaq. Təbii qazonda oynamağa daha çox öyrəşmiş “Sabah” futbolçularının bu örtüyə adaptasiyası vacib məqamlardan biri kimi diqqət çəkir.
Qeyd edək ki, “Vikinq” – “Sabah” matçı Bakı vaxtı ilə noyabrın 5-də saat 00:00-da başlayacaq.
Kamil Xudiyev