"Ştutqart" "Qalatasaray"dan üzr istədi

"Ştutqart" "Qalatasaray"dan üzr istədi
"Qalatasaray"la (Galatasaray) "Ştutqart" (VfB Stuttgart) arasında keçiriləcək qarşılaşma öncəsi sosial şəbəkələrdə maraqlı hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, Almaniya təmsilçisi RAMS Park stadionundakı səsgücləndiricilərlə bağlı paylaşım edib.
Sözügedən hadisə "Qalatasaray" azarkeşlərinin narazılığına səbəb olub.
Bundan sonra "Ştutqart" paylaşımını silərək türk dilində üzr mesajı yayımlayıb. Klub heç kimi incitmək niyyətində olmadıqlarını bildirərək yaranmış vəziyyətə görə üzr istəyib.
"Qalatasaray" isə rəqibinin üzr mesajına alman dilində cavab verib. İstanbul təmsilçisi Ştutqart klubunu dünyanın ən möhtəşəm futbol atmosferlərindən birinə sahib stadionunda qarşılamaqdan məmnun olacağını bildirib.
Beləliklə, iki komanda arasında qarşılaşma başlamamışdan əvvəl sosial şəbəkələrdə maraqlı dialoq yaşanıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər