İspaniyanın "Real Madrid" klubu "Brayton"un (Brighton & Hove Albion) qapıçısı Bart Verbruqqeni (Bart Verbruggen) Tibo Kurtuanın (Thibaut Courtois) gələcək əvəzləyicisi kimi diqqətdə saxlayır.
Fanat.Az xəbər verir ki, Niderland milli komandasının qolkiperinin transfer dəyəri təxminən 40 milyon avro qiymətləndirilir və onun "Brayton"la 2028-ci ilə qədər müqaviləsi var.
Tibo Kurtua müqaviləsini 2028-ci ilə qədər uzatmağa yaxın olsa da, Madrid təmsilçisi gənc qapıçının vəziyyətini izləyir.
Hələlik "Real Madrid" Verbruqqen üçün rəsmi bir təklif irəli sürməyib.