“Sumqayıt” bu gün Misli Premyer Liqasının 10-cu turunda “Şəfa”nı qəbul edib.
Fanat.Az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Filipe Kandidonun (Filipe Cândido, Filipe Candido) mətbuat konfransı keçirilib. Portuqaliyalı mütəxəssis heç-heçə ilə barışmalı olduqlarını bildirib:
“Biz heç-heçə ilə barışmalıyıq. Bilirdik ki, bizim üçün çətin oyun olacaq. Bu gün yaxşı oynadıq, fürsətləri əldən verdik. İlk 15 dəqiqədə yaxşı çıxış etdik. Daha sonra isə konsentrasiyanı itirdik, rəqib üstünlüyü ələ aldı. Onlar ilk hissəni qələbə ilə bitirməyə layiq idilər. İkinci hissədə isə bəzi şeyləri dəyişdik. Düşünürəm ki, bunun nəticəsini gördük, bərabərlik qolunu vurduq. Daha sonra fürsətlərdən yararlana bilmədik, bəzi anlarda bəxtimiz də gətirmədi. Dediyim kimi, heç-heçə ilə barışmalıyıq”.