Misli Premyer Liqasında 10-cu tur bu gün başa çatacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun baş tutacaq.
Bağlanış matçında "Sumqayıt" ilə "Şəfa" üz-üzə gələcək.
Sumqayıtda keçiriləcək və saat 19.00-da start götürəcək qarşılaşmanı Nicat İsmayıllı idarə edəcək.
Qeyd edək ki, dörd günü əhatə edəcək turun əvvəlki oyunlarında "Turan Tovuz" "Sabah"ı (3:2), "Kəpəz" "İmişli"ni (1:0), "Neftçi" "Şamaxı"nı (3:2) məğlub edib, "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qaradağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
10-cu tur
2 noyabr
19:00. “Sumqayıt” – “Şəfa”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Sumqayıt. “SOCAR Polymer Arena”.
Sumqayıt: 16. Marko Yohanson (Marko Johansson), 17. Nihad Əhmədzadə, 19. Roi Kehat, 4. İsa Suliman (k), 42. Sedrik Badolo (Cédric Badolo, Cedric Badolo), 10. Ronaldo Vaskes (Ronaldo Vásquez, Ronaldo Vasquez), 80. Keffel Resende, 55. Lukas Blek (Lucas Bleck), 11. Mamadi Banqre (Mamadi Bangré, Mamadi Bangre), 21. Tyaqo Almeyda (Thiago Almeida), 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 3. Höccət Haqverdi, 29. Emil Mustafayev, 20. Ayxan Süleymanlı, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 23. Rüfət Əhmədov, 37. Nihad Orucəli, 27. İmani Barker (Imani Barker).
Baş məşqçi: Filipe Kandido (Filipe Cândido, Filipe Candido).
Şəfa: 97. Tyaqo Silva (Thiago Silva), 42. Elnur Cəfərov (k), 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 18. Bafode Dansoko (Bafodé Dansoko), 4. Maudo Jarjue (Maudo Jarjué), 17. Musa Quel (Musa Quele), 11. Andrey Draqu (Andrei Dragu), 9. Luis Felipe (Luiz Felipe).
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 28. Murad Musayev, 55. Rauf Hüseynli, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 8. Vlad Pop, 22. Umar Diav (Oumar Diaye), 34. Kristofer Mamenqi (Christopher M'Mamah N'Guessan).
Baş məşqçi: Zaur Həşimov.