"Liverpul" (Liverpool) klubu Milos Kerkez və Kostas Tsimikasın nümayiş etdirdiyi performansla bağlı yaranan narahatlıqlar fоnunda yanvar transfer pəncərəsində yeni sol cinah müdafiəçisi almağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, mersisaydlılar müdafiə xəttini gücləndirmək üçün artıq bir neçə adı transfer siyahısına daxil ediblər.
Potensial namizədlər arasında Lyuis Xoll (Lewis Hall), Federiko Dimarko (Federico Dimarco), El Hadji Malik Diuf (El Hadji Malick Diouf), Alvaro Karreras (Álvaro Carreras) və Maksimiliano Arauxo (Maximiliano Araújo) yer alır.
Klub rəhbərliyinin yanvar ayına qədər bu oyunçulardan biri ilə rəsmi danışıqlara başlayacağı gözlənilir.