"Barselona" ÇL matçında bu oyunçulardan yararlana bilməyəcək

"Barselona" ÇL matçında bu oyunçulardan yararlana bilməyəcək
"Barselona" (Barcelona) UEFA Çempionlar Liqasının əsas mərhələsində "Aston Villa" ilə keçiriləcək qarşılaşma öncəsi ciddi heyət problemləri ilə üzləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik (Hans-Dieter Flick) İngiltərə klubu ilə matçda bir neçə əsas futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Komandanın müdafiəçiləri Jül Kunde (Jules Koundé, Jules Kounde), Erik Qarsiya (Eric García, Eric Garcia), Andreas Kristensen (Andreas Christensen) və Xavi Espart zədə səbəbindən qarşılaşmanı buraxacaqlar. Bundan başqa, yarımmüdafiəçi Dani Olmo və hücumçu Runi Bardji (Roony Bardghji) də matçda iştirak etməyəcəklər.
Flik mətbuat konfransında zədəli futbolçuların vəziyyəti barədə danışıb:
"Bu oyunçuların keyfiyyətini nəzərə alsaq, onların yoxluğu bizim üçün ciddi itkidir. Xüsusilə müdafiə xəttində seçim imkanlarımız məhdudlaşıb. Ümid edirəm ki, beynəlxalq fasilədən sonra əksər futbolçular komandaya qayıdacaqlar".
Almaniyalı mütəxəssis Xavi Espartın vəziyyətinin daha ciddi olduğunu və onun təxminən yeddi həftə yaşıl meydanlardan uzaq qala biləcəyini bildirib. Digər zədəli futbolçuların isə noyabr fasiləsindən sonra komandaya qoşulması gözlənilir.
Qeyd edək ki, "Barselona" bu gün Çempionlar Liqasının əsas mərhələsində "Aston Villa"nı qəbul edəcək. Qarşılaşma "Spotify Kamp Nou" stadionunda keçiriləcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər