Mahir Emreli Polşada yenə diqqət çəkdi

Mahir Emreli Polşada yenə diqqət çəkdi

Polşa Ekstraklasasında 13-cü turun oyunlarına yekun vurulub.

Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Rakuv" (Raków, Rakow) doğma meydanda "Poqon"u (Pogon) qəbul edib.

Meydan sahibləri 3 xalı 3 qolla qazanıblar (3:1).

Azərbaycanlı forvard matça start heyətdə başlayıb. P.Makuçun (Patryk Makuch) 47-ci dəqiqədə vurduğu qolun məhsul ötürməsinin müəllifi olan Emreli 71-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər