Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının təsnifat mərhələsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu turnirin 3-cü mərhələnin ilk görüşü çərçivəsində Bolqarıstanda “Maritsa”nın qonağı olacaq.
Plovdivdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 11-də keçiriləcək.
“Turan” 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını iki oyunun nəticəsinə əsasən üstələyib (3:0, 3:2).
Çempionlar Liqası (voleybol)
3-cü təsnifat mərhələsi, ilk oyun
3 oktyabr
20:30 “Maritsa” (Plovdiv) – “Turan” (Tovuz)
Plovdiv. "Kolodrum Hall".