"Qalatasaray" "Ştutqart"ın iki futbolçusunu istəyib

"Qalatasaray" "Ştutqart"ın iki futbolçusunu istəyib
"Qalatasaray"ın (Galatasaray) yay transfer pəncərəsində "Ştutqart"ın (VfB Stuttgart) iki futbolçusunu heyətinə qatmaq istədiyi məlum olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "SporX" yayıb.
İstanbul klubunun inkişaf direktoru Fatih Demireli Bilal Əl-Xannus (Bilal El Khannouss) və Ermedin Demiroviçə (Ermedin Demirović, Ermedin Demirovic) maraq göstərdiklərini təsdiqləyib.
Klub rəsmisi bildirib ki, mərakeşli yarımmüdafiəçi Bilal Əl-Xannusun transferi ilə bağlı həm futbolçunun özü, həm də onun nümayəndələri və "Ştutqart" rəhbərliyi ilə danışıqlar aparılıb.
"Onunla, "Ştutqart"la və ətrafındakı insanlarla yaxşı danışıqlarımız oldu. Lakin transfer məsələsində müəyyən məqamda qərar vermək lazım idi. Sonda Aleksey Batrakovu (Aleksei Batrakov) heyətimizə qatdıq və onun inkişafından çox məmnunuq. Böyük potensiala malikdir və karyerasında irəliləməsi üçün ona dəstək olmaq istəyirik", - deyə Demireli bildirib.
Klub rəsmisi "Ştutqart"ın digər futbolçusu Ermedin Demiroviçə də maraq göstərdiklərini təsdiqləyib.
"Transfer dövründə müxtəlif imkanlar yaranır. Sonda şüurlu şəkildə başqa variantlara üstünlük verdik. Demiroviçə maraq göstərdiyimiz doğrudur. Belə danışıqlarda bir çox amil rol oynayır. Türkiyədə qüvvədə olan heyət qaydalarını da nəzərə almalı idik. Nəticədə klub olaraq əmin olduğumuz qərarlar verdik", - deyə o əlavə edib.
Qeyd edək ki, Bilal Əl-Xannus və Ermedin Demiroviç hazırda "Ştutqart"ın formasını geyinirlər. "Qalatasaray" isə yay transfer pəncərəsində bu futbolçuların əvəzinə Aleksey Batrakovu heyətinə qatıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər