"Bu matça da digər oyunlara olduğu kimi, qələbə üçün çıxacağıq" - Rakif Əliyev

"Bu matça da digər oyunlara olduğu kimi, qələbə üçün çıxacağıq" - Rakif Əliyev
1-ci Liqanın 7-ci turunda "Zaqatala" MOİK-i qəbul edəcək. Hazırda hesabında 4 xal olan, son oyunlarda iddialı rəqiblərinə böyük hesabla uduzan bölgə təmsilçisinin baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb "hərbçilər"lə görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna səylə hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Futbolçuların əməkhaqqıları vaxtında verilir, şərait də tam qaydasındadır. Hər hansı psixoloji gərginlik yoxdur. Bu matça da digər oyunlara olduğu kimi, qələbə üçün çıxacağıq. Meydanda maksimum gücümüzü qoyacağıq. Necə olacağını isə təbii ki, zaman göstərəcək".
Qeyd edək ki, "Zaqatala" - MOİK qarşılaşması noyabrın 5-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər