Misli Premyer Liqasında 10 tur geridə qalıb. Keçirilən 58 oyunda ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) 17 referi iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Elçin Məsiyev, Tural Qurbanov, Rəvan Həmzəzadə, Kamranbəy Rəhimov, Elvin Bayramov və Nicat İsmayıllı oyun idarə edib.
Bu həftə Rəvan və Tural mövsüm ərzində beşinci dəfə, yəni 10 turun yarısında təyinat alıb və beləliklə təyinat sayında ikihakimiyyətlik yaranıb. Hesabında 4 oyun olan referilərin sayı isə 7-yə çatıb.
Cari turda qırmızı vərəqə alan futbolçu olmayıb. Bu mövsüm meydandan qovulan futbolçuların sayı 6-ya bərabərdir.
Hakimlər cari turda 26 sarı vərəqədən istifadə ediblər. Qeyd edək ki, 1-ci turda bu rəqəm 24, 2-ci və 3-cü turun hər birində 17, 4-cü turda 33, 5-ci turda 16, 6-cı turda 27, 7-ci turda 23, 8-ci turda 26, 9-cu turda 28 olub. Bundan başqa, 1-ci turda 1, 3-cü turda 2, 6-cı turda 1, 8-ci turda 1, 9-cu turda 1 futbolçu meydandan qovulub.
10-cu turda göstərilən 26 vərəqədən 13-ü meydan sahiblərinə, digər yarısı da qonaq komandanın oyunçularına göstərilib. İlk 10 tur ərzində müvafiq göstərici belədir: 110 sarı (2 qırmızı) - 127 sarı (4 qırmızı).
Beləliklə, 10 turun yekununda sarı vərəqə sayı 237-yə çatıb. Nəticədə ümumi vərəqə sayı 243-ə bərabər olub. Bu da orta hesabla hər turda 24,3, hər oyunda təxminən 4,2 vərəqə deməkdir.
On tur ərzində FİFA referisi Kamal Umudlu hamıdan çox əlini cibinə atıb. O, 24 vərəqədən istifadə edib ki, bunun 2-nin rəngi qırmızı olub. Onu 21 vərəqədən yararlanan Kamranbəy Rəhimov təqib edir.
Rəvan Həmzəzadə - 5 oyun
meydan sahibi 4 sarı 0 qırmızı
qonaqlar 13 0
cəmi: 17 0
Tural Qurbanov - 5 oyun
meydan sahibi 8 0
qonaqlar 6 0
cəmi: 14 0
Kamal Umudlu - 4 oyun
meydan sahibi 12 1
qonaqlar 10 1
cəmi: 22 2
Kamranbəy Rəhimov - 4 oyun
meydan sahibi 11 0
qonaqlar 10 0
cəmi: 21 0
Əli Əliyev - 4 oyun
meydan sahibi 10 1
qonaqlar 9 0
cəmi: 19 1
Rauf Cabarov - 4 oyun
meydan sahibi 7 0
qonaqlar 12 0
cəmi: 19 0
Nicat İsmayıllı - 4 oyun
meydan sahibi 6 0
qonaqlar 9 0
cəmi: 15 0
Rəşad Əhmədov - 4 oyun
meydan sahibi 8 0
qonaqlar 7 0
cəmi: 15 0
Əliyar Ağayev - 4 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Vüqar Həsənli - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 9 1
cəmi: 18 1
Elçin Məsiyev - 3 oyun
meydan sahibi 7 0
qonaqlar 7 1
cəmi: 14 1
İnqilab Məmmədov - 3 oyun
meydan sahibi 7 0
qonaqlar 8 0
cəmi: 15 0
Fərid Hacıyev - 3 oyun
meydan sahibi 4 0
qonaqlar 5 1
cəmi: 9 1
Cavid Cəlilov - 3 oyun
meydan sahibi 3 0
qonaqlar 6 0
cəmi: 9 0
Elvin Bayramov - 3 oyun
meydan sahibi 4 0
qonaqlar 5 0
cəmi: 9 0
Əkbər Əhmədov - 1 oyun
meydan sahibi 4 0
qonaqlar 4 0
cəmi: 8 0
Emin Əliyev - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 1 0
cəmi: 3 0
Mirağa