1-ci Liqanın 7-ci turunda "Xankəndi" "Baku Sportinq"in qonağı olacaq. Qarabağ təmsilçisinin ötən mövsüm Buzovna komandasını çalışdırmış baş məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Təbii ki, "Baku Sportinq"in məşqçilik karyeramda özəl bir yeri var. Bu gün rəqib olsaq belə... Mənə baş məşqçi postu ilk dəfə "Baku Sportinq"də təklif olunub, özümü doğrultmaq üçün şans verilib. Düşünürəm ki, o şansdan yaxşı yararlana bildik. Digər tərəfdən, bu, futboldur. Harada işləyiriksə, o komandanın da uğur qazanmasına çalışırıq. Oyuna yaxşı hazırlaşmışıq. Yaxşı oyun göstərib uğurlu nəticə qazanmağa köklənmişik. Futbolçularıma inamım böyükdür".
Qeyd edək ki, "Baku Sportinq" - "Xankəndi" qarşılaşması noyabrın 5-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.
Nihat