Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA tərəfindən növbəti dəfə beynəlxalq oyuna təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Anderlext” (Belçika) - “Zaltsburq” (Avstriya) qarşılaşmasının baş hakimi olacaq.
Belçikada baş tutacaq matçda Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Görüşün dördüncü hakimi vəzifəsini isə Nicat İsmayıllı yerinə yetirəcək.
Xatırladaq ki, noyabrın 5-də keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.