"Qarabağ"ın üzvü Bense Varkonyi (Bence Várkonyi, Bence Varkonyi) yenidən Macarıstan milli komandasının heyətinə çağırılıb.
Fanat.Az xəbər verir ki, futbolçunun sabiq klubu ZTE (Zalaegerszegi TE, Zalaegerszeg) onun bu uğurunu unutmayaraq rəsmi səhifəsində paylaşım edib.
Keçmiş komandası Varkonyi ilə qürur duyduqlarını bildirərək onu təbrik edib və milli komandada uğurlar arzulayıb.
24 yaşlı futbolçu 2026-cı ilin yayında "Qarabağ"a transfer olunub və Ağdam təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.