İstanbulun "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) klubu baş məşqçi postuna Emre Belözoğlunun gətirildiyini rəsmən elan edib.
Fanat.Az xəbər verir ki, "Fənərbağça"da parlaq futbolçu karyerasından sonra idman direktoru kimi fəaliyyət göstərən Belözoğlu, daha öncə 2020-2021-ci illər mövsümünün son bölümündə Erol Bulutun ayrılığından sonra komandanın texniki məsul şəxsi olaraq mövsümü tamamlamışdı.

İstanbul klubundakı bu təcrübəsindən sonra "Başakşehir", "Ankaragücü" və "Antalyaspor" komandalarını çalışdıran 46 yaşlı mütəxəssis, son olaraq "Kasımpaşa" klubuna rəhbərlik edirdi.
Emre Belözoğlunun idarəçiliyi altında "Kasımpaşa" bu mövsüm Türkiyə Süper Liqasında keçirdiyi 10 qarşılaşmada 4 qələbə, 5 bərabərlik və cəmi 1 məğlubiyyət alaraq 17 xalla çempionatın 5-ci pilləsində qərarlaşmışdı.