Səudiyyə Ərəbistanının "Əl-Hilal" (Al Hilal) klubu yanvar transfer pəncərəsində "Mançester Yunayted"in (Manchester United) kapitanı Brunu Fernandeş (Bruno Fernandes) üçün 55 milyon avroluq təklif hazırlamağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, 32 yaşlı portuqaliyalı yarımmüdafiəçinin ingilis klubu ilə müqavilə müddəti 2027-ci ilin iyununda başa çatır və tərəflər arasında yeni müqavilə danışıqları hazırda dayandırılıb.
"Mançester Yunayted" müqaviləni daha bir il uzatmaq opsiyasına sahib olsa da, Səudiyyə klubunun yüksək maliyyə təklifi vəziyyəti dəyişə bilər.
Fernandeş bu mövsüm keçirdiyi 7 liqa matçında 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.