Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar

Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar

Azərbaycanı təmsil edən İmran və İbrahim Novruzi (Ebrahim Nowruzi) qardaşları Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Mental Arifmetika Olimpiadasında uğur qazanıblar.

Fanat.Az xəbər verir ki, Olimpiadada İmran Novruzi (Imran Nowruzi) öz kateqoriyası üzrə birinci yerə layiq görülüb.

Onun kiçik qardaşı İbrahim Novruzi isə öz kateqoriyasında "Super Çempion" titulunu qazanıb. İbrahim Novruzi əldə etdiyi nəticəyə görə pul mükafatı da alıb.

Qeyd edək ki, oktyabrın 31-dən noyabrın 1-dək davam edən yarışda 16 ölkənin nümayəndələri iştirak ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər