CEV Çempionlar Liqası: "Xilasedici" mübarizəyə məğlubiyyətlə başladı

CEV Çempionlar Liqası: "Xilasedici" mübarizəyə məğlubiyyətlə başladı

Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə start verir.

Fanat.Az xəbər verir ki, Bakıda Portuqaliya təmsilçisi "Sportinq"lə (Sporting, Sporting CP) üz-üzə gələn Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15).

II təsnifat mərhələsinin oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər