Türkiyənin nəhəng klubu "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) "Real Madrid"in yarımmüdafiəçisi Brahim Diazı (Brahim Díaz) transfer haqqı ödəmədən heyətinə qatmaq üçün variantları nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Diazın qarşılığında "Real Madrid"ə Arda Gülərin gələcək satışından 20 faizlik pay təklif edə bilər.

Bu barədə məşhur insayder Selim Koç məlumat yayıb.
İspaniya nəhəngi Brahim Diazın qiymətini 35 milyon avro olaraq qiymətləndirsə də, təklif olunan bu razılaşmaya açıq yanaşır və yaxın vaxtlarda danışıqların davam etdirilməsi gözlənilir.