"Süni ot örtüyü "Sabah"a problem yarada bilər" - Ağasəlim Mircavadov

"Süni ot örtüyü "Sabah"a problem yarada bilər" -  Ağasəlim Mircavadov

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Sabah" "Vikinq"in (Viking) qonağı olacaq. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah"ın qələbə qazanmasını istəyirik. Təmsilçimiz öz oyununu nümayiş etdirməlidir. Bununla da Avropada iz qoymalıdır. "Qarabağ" bunu bacarıb. "Sabah" da yaxşı çıxış edir. 3 matça çıxıb və 2 məğlubiyyət, 1 qələbə əldə edib. Uduzduğu görüşlərdə də baxımlı oyun nümayiş etdirib. Təmsilçimiz rəqiblərin adından qorxmadan mübarizə aparıb. Daim hücum oyunu nümayiş etdirib. Norveç komandalarından "Budyo-Qlimt"i (Bodø/Glimt, Bodo/Glimt) də yaxşı tanıyıram. "Qarabağ"a qarşı 2024-cü ildə Avropa Liqasının Liqa mərhələsində qarşılaşmışdılar. Komandamız rəqibini 2:1 hesabı ilə üstələmişdi. "Vikinq" də köklü klubdur. "Sabah" üçün problem yaradacaq amil süni ot örtüyü ola bilər. Nə qədər keyfiyyətli olsa da, təbii otdan fərqlənir. Rəqib münasib komandadır. Hərəkətli matç keçəcək. "Sabah" öz oyununu göstərməlidir. Komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, noyabrın 4-də, Bakı vaxtı ilə 00:00-da (yerli vaxtla 21:00-da) baş tutacaq görüş Stavangerdəki "Lyse Arena"da reallaşacaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər