Türkiyənin "Qalatasaray" (Galatasaray) klubunun braziliyalı yarımmüdafiəçisi Qabriel Sara (Gabriel Sara) Avropanın bir sıra tanınmış klublarının transfer marağına səbəb olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "A Spor" yayıb.
Məlumata görə, İngiltərənin "Nyukasl" (Newcastle United), "Everton", "Aston Villa" və "Brayton" (Brighton & Hove Albion) klubları 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. İtaliyanın "Napoli" və "Roma" klubları da braziliyalı oyunçunun vəziyyətini yaxından izləyir.
Bildirilir ki, "Nyukasl" və "Everton" qış transfer pəncərəsində futbolçu üçün rəsmi təklif hazırlayır.
"Qalatasaray" rəhbərliyinin isə Qabriel Saranı asanlıqla buraxmaq niyyətində olmadığı qeyd olunur. İstanbul təmsilçisinin futbolçu üçün təxminən 40 milyon avro tələb etdiyi, lakin 35 milyon avro ətrafında təklifi də nəzərdən keçirə biləcəyi bildirilir.
27 yaşlı yarımmüdafiəçi 2024-cü ildə İngiltərənin "Norviç Siti" (Norwich City) klubundan "Qalatasaray"a transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə keçirdiyi 13 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli