"Mingəçevir" "Şahdağ Qusar"la oyuna çıxmayacaq - Dəqiqləşdi

"Mingəçevir" "Şahdağ Qusar"la oyuna çıxmayacaq - Dəqiqləşdi
1-ci Liqa təmsilçisi "Mingəçevir" bu gün "Şahdağ Qusar"a qarşı keçirməli olduğu matça çıxmayacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik komandanı yola gətirməyə çalışsa da, maaş üzünə həsrət qalan futbolçular bu dəfə vədlərə aldanmaq istəmədiklərini bildiriblər.
Başqa sözlə, "Qəbələ" ilə kubok matçına xahiş-minnətlə aparılan komandanı bu dəfə yola gətirmək mümkün olmayıb.
"Mingəçevir"i Elman Sulatnov çalışdırır. Komandanın hazırda 4 xalı var.
Sözügedən qarşılaşma 15:00-a planlaşdırılımışdı.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər