"Turan"dan ÇL oyunu üçün azarkeşlərinə jest

"Turan"dan ÇL oyunu üçün azarkeşlərinə jest
“Turan” voleybol klubu Tovuzda keçiriləcək Çempionlar Liqası oyununun biletlərini təqdim edib.
 
Fanat.Az xəbər verir ki, noyabrın 10-da “Turan” klubu doğma meydanda Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.
 
Saat 18:00-da başlayacaq görüş Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.
 
Klub azarkeşlər üçün biletləri ödənişsiz təqdim edir. Artıq əldə olunması mümkün olan biletləri Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq götürmək olar.
 
Biletlər yalnız şəxsiyyət vəsiqəsi əsasında təqdim ediləcək. Saxta biletlərin hazırlanmasının və biletlərin digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə onların üzərində xüsusi holoqram yerləşdiriləcək.
 
Azarkeşlərə vaxt itirmədən Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq biletlərini əldə etmələri tövsiyə olunur.
 
Qeyd edək ki, tərəflərin ilk görüşündə “Turan” rəqibini 3:0 hesabı ilə məğlub edib. Komanda cavab qarşılaşmasında uğurlu nəticə qazanaraq qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər