Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə daha 9 qarşılaşma baş tutacaq.
İki oyun Bakı vaxtı ilə saat 21:45-də, yeddisi isə gecəyarısı (00:00) start götürəcək.
"Sabah"ın Norveçdə "Vikinq"lə (Viking) qarşılaşacağı gündə, Türkiyənin "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) komandası evdə "Liverpul"u (Liverpool) qonaq edəcək.
Bundan başqa, "Real Madrid" Yunanıstanda AEK-lə (AEK Athens), Dortmund "Borussiya"sı Almaniyada "Betis"lə (Real Betis), "Arsenal" isə Çexiyada "Slaviya" (Slavia Praha, Slavia Prague) ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4- tur
4 noyabr
21:45. "Fənərbağça" (Türkiyə) - "Liverpul" (İngiltərə)
21:45. AEK (Yunanıstan) - "Real Madrid" (İspaniya)
00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan)
00:00. "Borussiya Dortmund" (Almaniya) - "Betis" (İspaniya)
00:00. "Portu" (Portuqaliya) - "Napoli" (İtaliya)
00:00. PSV (Niderland) - "Brügge" (Belçika)
00:00. "Leypsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
00:00. "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə)
00:00. "Lans" (Fransa) - "Komo" (İtaliya)