“Sabah”ın futbolçusu Eyden Makkarti (Aiden McCarthy) UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”ə (Viking) qarşı keçirəcəkləri oyun haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, matçdan əvvəl təşkil olunan mətbuat konfransında layiqli oyun sərgiləmək üçün əllərindən gələni edəcəklərini deyib:
“Yalnız müdafiə xətti deyil, bütün komanda vahid mexanizm kimi fəaliyyət göstərməli və əlindən gələni etməlidir. Hər situasiyanın öz həlli var. Komanda yoldaşlarıma inanıram. Layiqli oyun göstərmək üçün əlimizdən gələni edəcəyik.
Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər. Çempionlar Liqasındakı qoluma gəlincə, bu, özümə inamımı daha da artırdı. Heç nə asan olmur. Yenidən qol vurmaq şansım olsa, bundan yararlanmaq üçün hər şeyi edəcəyəm. Eyni zamanda müdafiədə də etibarlı oynamalıyıq”.
Qeyd edək ki, “Vikinq” – “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.