Çempionlar Liqasında hələ bunu bacaran olmamışdı - PSJ-dən 2 rekord

Çempionlar Liqasında hələ bunu bacaran olmamışdı -  PSJ-dən 2 rekord
Çempionlar Liqasının dördüncü turunda səfərdə "Vilyarreal"ı (Villarreal) 6:0 hesabı ilə məğlub edən PSJ (Paris Saint-Germain) iki rekord reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Opta" yayıb.
Luis Enrikenin (Luis Enrique) komandası bu qələbə sayəsində Paris nəhənginin tarixində ilk dəfə ardıcıl 14 Çempionlar Liqası oyununda meydandan məğlubiyyətsiz ayrılıb. PSJ sonuncu dəfə Avropanın ən böyük klub turnirində bu ilin yanvar ayında "Sportinq"ə (Sporting, Sporting CP) uduzmuşdu (1:2).
PSJ həmçinin Çempionlar Liqası matçında ən sürətli dörd qol vuran komanda kimi rekord qırıb. Parislilərə bunu etmək üçün 16 dəqiqə iki saniyə lazım olub.
Qeyd edək ki, PSJ cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində 4 turdan sonra maksimum nəticə (12 xal, 20-5) liderdir.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər