"Deyərdim ki, 3 yox, 6 xallıq oyuna çıxacağıq" - İsmayıl Zülfüqarlı

"Deyərdim ki, 3 yox, 6 xallıq oyuna çıxacağıq" - İsmayıl Zülfüqarlı
Misli Premyer Liqasının 10-cu turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçə edən "Şəfa" uzun fasilədən sonra xal qazandı. "Hepardlar"ın yarımmüdafiəçisi İsmayıl Zülfüqarlı ilə əlaqə saxlayıb həm "kimyaçılar"la oyunla bağlı fikirlərini öyrəndik, həm də 11-ci turda "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sumqayıt"la oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin güclü və zəif tərəflərini bilirdik. Oyuna 3 xal üçün çıxmışdıq. İlk 10 deqiqə yaxşı alınmasa da, matç ərzində yüzfaizli qol qol vəziyyətlərini biz yaratdıq. Meydanın hər qarışı uğrunda mübarizə aparırdıq. Təəssüf ki, qələbə qazanmaq qismət olmadı.
Yaxşı futbolçulardan qurulmuş komandayıq. Bəzən xırda səhvlər üzərindən istədiyimiz nəticələri əldə edə bilmirik. Elə olub ki, daha çox qol vurmaq üçün irəli atılıb qollar buraxmışıq. "Sumqayıt"la oyun bizim üçün dönüş nöqtəsi olmalıdır. Hər matçda döyüşməli, əvvəlki səhvlərimizi təkrarlamamağa çalışmalıyıq.
"Araz-Naxçıvan"ın da xalı azdır. Rəqib çox yaxşı kollektivdir. Deyərdim ki, 3 yox, 6 xallıq oyuna çıxacağıq. Qələbə qazanmaq üçün hər şey etməliyik".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər