"Neftçi"nin mərkəz müdafiəçiləri "Kəpəz"ə qarşı oynaya bilməyəcəklər

"Neftçi"nin mərkəz müdafiəçiləri "Kəpəz"ə qarşı oynaya bilməyəcəklər
Misli Premyer Liqasının (MPL) 11-ci turunda əzəli rəqibi "Kəpəz"i qəbul edəcək "Neftçi"nin oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı məlumat verib:
"Mərkəz müdafiəçisi İqor Ribeyro (Igor Ribeiro) cəzalı duruma düşüb. Digər mərkəz müdafiəçisi Murad Xaçayev isə zədə səbəbindən "Kəpəz"lə matçı kənardan izləyəcək".
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" qarşılaşması noyabrın 6-da keçiriləcək. "Palms Sports Arena"da baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səsləndiriləcək. Hazırda 21 xalı olan "ağ-qaralar" MPL-in turnir cədvəlində lider mövqeyində qərarlaşıbsa, Gəncə təmsilçisi 17 xalla 5-ci pillədə mövqe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər