"Qarabağ"ın "Turan Tovuz"la matça neçə itki ilə çıxacağı bilindi

"Qarabağ"ın "Turan Tovuz"la matça neçə itki ilə çıxacağı bilindi
Misli Premyer Liqasının (MPL) 11-ci turunda "Turan Tovuz"u qəbul edəcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Qurban Qurbanov bu matçda 2 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Sol cinah müdafiəçisi Elvin Cəfərquliyevlə yarımmüdafiəçi Xoni Montielin (Jony Montiel) zədə səbəbindən Tovuz komandasına qarşı oynamayacağı açıqlanıb. Heyətdə cəzalı futbolçunun olmadığı vurğulanıb.
Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" qarşılaşması noyabrın 6-da keçiriləcək. "Azersun Arena"da reallaşacaq görüşün start fiti 18:00-da səsləndiriləcək. Hazırda 19 xalı olan Ağdam təmsilçisi MPL-in turnir cədvəlində 3-cü, 18 xala malik qərblilər isə 4-cü pilləsində mövqe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər