Kenan Yıldıza transfer təkliflərinin sayı artır

Kenan Yıldıza transfer təkliflərinin sayı artır
İngiltərənin "Arsenal" klubu İtaliyanın "Yuventus" (Juventus) komandasında çıxış edən Türkiyə millisinin futbolçusu Kenan Yıldızı transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "FootballTransfers" yayıb.
Məlumata görə, London təmsilçisi 21 yaşlı vingeri yanvar transfer pəncərəsində heyətinə cəlb etməyi planlaşdırır. "Arsenal"ın baş məşqçisi Mikel Arteta hücum xəttini gücləndirmək üçün türkiyəli futbolçunu nəzərdən keçirir.
Bildirilir ki, "Arsenal" Kenan Yıldızla uzun müddətdir maraqlanır. Klub yay transfer pəncərəsində də futbolçunun transferi ilə bağlı "Yuventus"a müraciət edib. Lakin Turin təmsilçisi onu satmaq istəmədiyini bildirib.
İtaliya klubunun futbolçunun transferi üçün 100 milyon avrodan artıq məbləğ tələb edə biləcəyi qeyd olunur. "Real Madrid" və "Bayern Münhen"in (Bayern München, Bayern Munich) də Kenan Yıldızla maraqlandığı bildirilir.
Kenan Yıldız avqust ayında sol ayağının beşinci daraq sümüyünün sınığı səbəbindən əməliyyat olunub. Onun dekabr ayında məşqlərə və komandanın oyunlarına qayıtması gözlənilir.
"Yuventus"un baş məşqçisi Luçano Spalletti (Luciano Spalletti) daha əvvəl futbolçunun komandada qalmasını istədiyini və klubun onu satmaq niyyətində olmadığını bildirib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər