UEFA Gənclər Liqası: "Sabah" da səfər matçına çıxır, "Qarabağ" da

UEFA Gənclər Liqası: "Sabah" da səfər matçına çıxır, "Qarabağ" da
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edən "Sabah" və "Qarabağ"ın U-19 komandaları bu gün növbəti oyunlarına çıxacaqlar.
Fanat.Az xəbər verir ki, "bayquşlar" əsas mərhələnin 4-cü turunda Norveç təmsilçisi "Vikinq"in (Viking) müvafiq yaş qrupundan ibarət kollektivinin qonağı olacaq.
"Sandnes Ulf Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. "Sabah"ın U-19-u bundan əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyan "Slaviya"sına (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandasına məğlub olub.
UEFA Gənclər Liqası
Liqa mərhələsi, 4-cü tur
4 noyabr
16.00. Vikinq (U-19) - Sabah (U-19)
Hakimlər: Lasse Qraaqaard (Lasse Grågaard, Lasse Graagaard), Esad Deroniç (Esad Deronić, Esad Deronic), Yakob Mastrup (Jakob Mastrup), Mişa Kallerhals (hamısı Danimarka).
Sandnes. "Sandnes Ulf Arena".
"Qarabağ" isə 2-ci təsnifat mərhələsinin cavab görüşündə Xorvatiyada "Dinamo"nun (Dinamo Zagreb) qonağı olacaq. "Köhlənlər"in görüşü də Bakı vaxtı ilə 16-da başlayacaq.
Xatırladaq ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Bakıdakı ilk qarşılaşmada rəqibinə 1:2 hesabı ilə uduzub.
UEFA Gənclər Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
4 noyabr
16:00. Dinamo Zaqreb (U-19) – Qarabağ (U-19)
Hakim: Loik Tomas (Loïc Thomas, Loic Thomas), Rafael Morim, Kevin Stammet (hamısı Lüksemburq), Filip Draqaşeviç (Xorvatiya).
Zapreşiç. "İvan Lalyak-İviç" stadionu.
(İlk oyun - 2:1).
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər