"Kəpəz" klubu Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşacaq "Kəpəz"də son durum bəlli olub.
Bu barədə Fanat.Az-a qərb təmsilçisinin sözçüsü Aqşin Əliyev məlumat verib:
"Komandada cəzalı oyunçu yoxdur. Azuma Abubakar isə zədə səbəbindən matçda iştirak edə bilməyəcək".
Xatırladaq ki, "Neftçi" - "Kəpəz" görüşü noyabrın 6-da baş tutacaq. "Palms Sports Arena"da reallaşacaq qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.
Bakı təmsilçisi 21 xalla turnir cədvəlinin 1-ci, 17 xala malik Gəncə komandası isə 5-ci pilləsində mövqe tutub.
Əlisahib İbrahimli