UEFA Gənclər Liqası: "Sabah" və "Qarabağ"dan böyükhesablı məğlubiyyət

UEFA Gənclər Liqası: "Sabah" və "Qarabağ"dan böyükhesablı məğlubiyyət
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edən "Sabah" və "Qarabağ"ın U-19 komandaları bu gün növbəti oyunlarına çıxıblar.
Fanat.Az xəbər verir ki, "bayquşlar" əsas mərhələnin 4-cü turunda Norveç təmsilçisi "Vikinq"in (Viking) uyğun yaş qrupundan ibarət kollektivinin qonağı olub.
"Sandnes Ulf Arena"da təşkil olunan qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürüb. Oyun "Vikinq"in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sabah"ın U-19-u bundan əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyan "Slaviya"sına (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandasına məğlub olub.
"Qarabağ" isə 2-ci təsnifat mərhələsinin cavab görüşündə Xorvatiyada "Dinamo" (Dinamo Zagreb) ilə qarşılaşıb. "Köhlənlər"in görüşü də Bakı vaxtı ilə saat 16-da başlayıb.
Cavab görüşündə matçında komanda ağır məğlubiyyət acısı dadıb (0:7).
Xatırladaq ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıdakı ilk qarşılaşmada rəqibinə 1:2 hesabı ilə uduzub.
UEFA Gənclər Liqası
Liqa mərhələsi, 4-cü tur
4 noyabr
16.00. Vikinq (U-19) - Sabah (U-19) 5:0
Qollar: N.Middelton (N. Middelton), 3. Frimponq (Frimpong), 6. Kvelvane (Kwelvane), 32;40-pen. S.Haqen (S. Hagen), 48.
Hakimlər: Lasse Qraaqaard (Lasse Grågaard, Lasse Graagaard), Esad Deroniç (Esad Deronić, Esad Deronic), Yakob Mastrup (Jakob Mastrup), Mişa Kallerhals (hamısı Danimarka).
Sandnes. "Sandnes Ulf Arena".
"Sabah" meydana bu "11-lik"lə çıxıb: 12.Rauf Əyyubov, 44.Tuncay Əhmədov, 81.Rəşad Gülüşov, 13.Əlibəy Mahmudov, 18.Həzrət Səmədov, 66.Əhməd Tarverdiyev, 45.Obed Adontenq, 85. Anar Hüseynov, 29.Rolan Mustafayev, 23.Emin Feyzullayev, 11.Ümid Səlimov
UEFA Gənclər Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
4 noyabr
16:00. Dinamo Zaqreb (U-19) – Qarabağ (U-19) 7:0
Qollar: Benkotiç (Benkotic), 24. Trupçeviç (Trupcevic), 34. Bozkov, 38;45+4. Ban, 45+1. R.Teymurov, 54-öz qapısına. Radiç (Radic) 76.
Hakim: Loik Tomas (Loïc Thomas, Loic Thomas), Rafael Morim, Kevin Stammet (hamısı Lüksemburq), Filip Draqaşeviç (Xorvatiya).
Zapreşiç. "İvan Lalyak-İviç" stadionu.
(İlk oyun - 2:1).
"Qarabağ" meydana bu "11-lik"lə çıxıb: 77. Bilal Hacıyev, 7. Əhməd Vəliyev, 21. Uğur Qurbanlı, 13. Rəvan Teymurov, 3. Amin Rzayev, 5. Əbdüləziz Cabbarlı, 8. Əli Qazibəyov, 17. Əli Bəşirov, 11. Əli Əliyev, 16. Daniyel Ariyerhi, 23. Viktor Çidiyoke
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər